KOLONOSKOPİYANIN KEYFİYYƏT VƏ EFFEKTLİVLİK GÖSTƏRİCİLƏRİ

Amerika Qastrointestinal Endoskopiya Cəmiyyəti ilə Amerika Qastroenteroloqlar cəmiyyəti tərəfindən kolonoskopiyanın prosedur baxımından keyfiyyəti və effektivliyinin təmin edilməsi məqsədilə standart keyfiyyət indikatorları hazırlamışdır. Bu indikatorlar hazırda geniş istifadə edilir.

Effektiv kolonoskopiyada aşağıdakıların əldə olunması tələb olunur:

  • Kolonoskopiya zamanı kor bağırsağın intubasiyası və onun tam vizualizasiyası. Bu 90%-dan çox hallarda endoskopistlər tərəfindən mümkündür. Buna nail olduqda appendiksin çıxışının fotosu əldə olunmalıdır. Terminal ileumin endoskopla intubasiyası və ileumdan biopsiyanın götürülməsi tələb olunmur və kolonoskopiyanın keyfiyyət göstəricisinə təsir etmir.
  • Əhali arasında aparılan kolonoskopiyalarda adenomaların diaqnostikası ehtimalı 50 yaşdan yuxarı kişilərdə 25%, qadınlarda isə 15% olur.
  • Yoğun bağırsaqları normal olan xəstələrdə kolonoskopun bağırsaqdan çıxarılması vaxtı 6 dəqiqədən aşağı olmamalıdır.
  • Yoğun bağırsağın xəstəliyi olan pasiyentlərdə, təbii ki, kolonoskopiyanın müddəti daha uzun olur.
  • Xroniki ishalı olan xəstələrdə kolonoskopiya zamanı bağırsaqdan biopsiya əldə olunmalıdır.
  • Kron və ya Xoralı koliti olan xəstələrdə aparılan kolonoskopiyalarda iltihablı yoğun bağırsağın hər 10 sm-dən 4 biopsiya nümunəsi əldə olunmalı və ya əgər xəstədə panxoralı kolitdirsə ən azı 32 biopsiya nümunəsi əldə olunmalıdır.
  • Selikli gişada müəyyən edilən 2 sm-dən kiçik olan ayaqcıqlı (peduncle) və ya oturaq (sessile) poliplərin endoskopik yolla rezeksiyasına çalışılmalı və ya endoskopik rezeksiyasının mümkünsüzlüyü barədə rəsmi qeyd aparılmalı və xəstə cərrahi rezeksiyaya yönləndirilməlidir.
  • Prosedur bitdikdən sonra xəstələrdə perforasiya, qanaxma və ya postpolipektomiya sindromunun olub olmadığı müayinə edilməli və bu haqda qeyd aparılmalıdır.



<< >>

  • Sun
  • Mon
  • Tue
  • Wed
  • Thu
  • Fri
  • Sat
  •  
  •  
  •  
  •  
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  •  

Create Account



???? ? ??????? ??????