HEPATİT C MÜALİCƏ OLUNAN XƏSTƏLİKLƏR SİYAHISINA DÜŞDÜ

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 20 ildə qaraciyər xəstəliklərinin inkişafı yüksələn xəttlə gedir. Dünyada qaraciyər xəstəliklərindən əziyyət çəkənlərin sayı 2 milyarda çatıb. Amerika tibb mərkəzlərinın proqnozlarına görə, 2020-ci ildə qaraciyər serroznun səviyyəsi 3 dəfə artacaq. Qaraciyər öz funksiyalarının öhdəsindən gəlməkdikdə isə bu ölümə səbəb olur. Qaraciyər xəstəlikləri içərisində əsas yeri virus mənşəli B və C hepatit xəstəlikləri tutur. Xüsusilə C virus hepatiti geniş yayılmaqdadır. Təkcə MDB ölkələrində hər il 500 min 1 milyon insan qaraciyər patologiyalardan həkimə müraciət edir. Avropa ölkələrində ümumi populyasiyada xəstəliyin rast gəlinmə faizi ikidir. Təəssüflər olsun ki, Azərbaycanda da vəziyyət ürəkaçan deyil. Azərbaycanda B və C hepatitləri təqribən 200 adamdan 6-7-də rast gəlinir. Bəlkə də ilk baxışdan quru görünən bu statistikanın arxasından milyonlarla insan həyatı, taleyi dayanıb. Bəllidir ki, son vaxtlar bir çox xəstəliklərin, o cümlədən hepatit viruslu xəstəliklərin müalicəsi üçün İran, Türkiyə və Rusiyada müalicə aktualdır. Maddi vəziyyətləri yaxşı olanlar daha yaxşı müalicə almaq üçün adları çəkilən ölkələrə üz tuturlar. Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar Assosiasiyasının elmi katibi, tibb elmləri üzrə fəlsəfə doktoru Gülnarə Ağayevanın fikrincə, insanlar Azərbaycanda yaxşı mütəxəssislərin olduğunu bilmirlər:”Amma əgər xəstə xaricdə yaxşı mütəxəssisə rast gəlirlərsə ona izah edilir ki, uzaq məsafələrdə xəstəliyi müalicə etmək çətindir. Bu xəstəliyin müalicəsi 6 aydan 1,6 yarıma qədər davam edə bilər. Həmin müddətdə də xəstə ən azı ayda bir dəfə tibbi müayinələrdən keçməlidir.  Belə çıxır ki, xəstə ən azı 6 ay xəstə xaricdə yaşamalıdır. Fikimcə, yerli həkimlər  C hepatit mənşəli xəstəliyinin müalicəsinin incəlikləri öyrənməlidirlər”. Onu da qeyd edək ki, bu günlərdə Bakıda bu aktual məsələnin həllinə həsr olunmuş MSD şirkətinin Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar Assosiasiyasının dəstəyi ilə “Hepatitin müalicəsi:dünən, bu gün, sabah” adlı elmı konfrans təşkil edilib. Konfransda çıxış edən Gülnarə Ağayeva deyir ki,  C hepatit virusunun yayılması son illər epidemiya, pandemiya miqyasında genişlənib. Səbəb də odur ki, xəstəlik simptomsuz  keçir, uzun illər insan sadəcə baş ağrısından, yorğunluqdan giley edə bilər. Bu xəstəlik əsasən qanyolu ilə keçir.  Xəstəlik qan köcürülən, taturiovka etdirənlər, bərbərxanalarda, stomatoloji klinikalarda keçə bilər. Yoluxmanın cinsi yolla yoluxması az faiz təşkil edir. Onu da qeyd edək ki, xəstəlik uzun illər simptomsuz keçdiyindən ölkəmizdə aşkar olunan xəstələr təsadüfən müraciət edənlərdir. Məsələn, xaricə ölkələrə səfər edənlər, donor qanı verənlər, hər hansı cərrahi əməliyyata hazırlıq ərəfəsində müayinədən keçənlər və.s Əlbəttə ki, vaxtında aşkar edildikdə xəstələrdə müalicə daha effektlidir. Hepatitin tamamilə müalicəsi dünya tibbini düşündürən ən ümdə məsələlərdən biri olduğunu desək yanılmarıq. Ağayevanın sözlərinə görə, müasir tibbin ən ali məqsədi bu xəstəliyi vaxtında aşkarlamaq, düzgün diaqnoz qoymaq, düzgün müalicə etməkdir:”Əfsuslar olsun ki, hepatit C virusunun son 10 ildəki müalicə tarixcəsindən məlum olur ki, bəzən xəstələr müalicə qrafikinə riayət etmirlər və ya həkimlər onlara bunu kifayət qədər aydın izah etmirlər. Bəzən telekanallarda fikirlər səsləndirilir ki, bu xəstəlik müalicə olunmur. Bu fikir ondan yaranır ki, düzgün müalicənin təyin olunmasında nəzərə alınmalı olan  faktorlar diqqətdən kənarda qalır. Ona görə də bu sahədə çalışan mütəxəssislər müalicə olunmamış və ya sonadək müalicə olunmamış xəstələrlə tez-tez qarşılaşırlar. Halbuki yeni icad edilən dərmanların köməyi ilə bu xəstəlik müalicə olunur və insan sağlam insan statusunu qazanır”. Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasınn müdiri, professor, Azərbaycanın baş qastroentroloqu, Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar Assosiasiyasının prezidenti Əli Hidayətov də deyir ki, 2-3 ildə C hepatitin müalicəsində son 2-3 ildə inqilabi dəyişiklik olub:”Yeni dərmanlar icad olunub, artıq C virus hepatitlər müalicə olunan xəstəliklər siyahısa keçıb. Bu, sevindirici haldır. Elmi konfransda xaricdən gəlmiş alimlərlə təcrübə mübadiləsi aparılması çox müsbət haldır. Ümid edirəm ki, müasir preparatların istifadəsindən sonra başqa ölkələrdə olduğu kimi Azərbaycanda da bu xəstəliyə mübtəla olanların sayında əhəmiyyətli azalma olacaq”. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun yoluxucu xəstəliklər kafedrasının müdiri Təyyar Eyvazov hesab edir ki, elmi konfransların praktiki həkimlər üçün böyük təcrübi əhəmiyyəti var. Çünki praktiki həkimlər heç də həmişə yeni informasilayarı vaxtında və dürüstlüklə əldə edə bilmirlər:”İri miqyaslı elmi konfranslarda iştirak edən bir qrup həkimlər və dəvət olunmuş mütəxəssislər vasitəsilə praktikaya daxil olmuş yeni məlumatların təqdimatı edilir.  Biz həkimlər bu məlumatları əldə edərək gələcəkdə tətbiq edə bilərik. Yeni preparatın tətbiqi müalicənin effektivliyini gücləndirir. Əsas odur ki, Azərbaycandakı xəstələr xarici ölkələrə getməsinlər, yerli həkimlərin köməyi ilə ən qabaqcıl müalicəni burada alsinlar. İllərlə aparılan elmi təcrübələr xəstəliyin tamamilə sağalması məqsədini qarşıya qoyub. Yeni preparatın tətbiqi ilə biz buna xeyli yaxınlaşmışıq.                                                                                     



<< >>

  • Sun
  • Mon
  • Tue
  • Wed
  • Thu
  • Fri
  • Sat
  •  
  •  
  •  
  •  
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  •  

Create Account



???? ? ??????? ??????