Hepatit C xəstəliyi üçün skrininq və risk qrupları

Skrininq və risk qrupları C hepatitinə (HCV) yoluxma ehtimalı aşağı olan simptomsuz böyük yaşlı şəxslərin adi skrininqi tövsiyə edilmir. Seroloji müayinəyə aşağıdakı risk qruplarına aid olan şəxslər namizəddir: - qan və qan preparatları köçürülmüş şəxslər; -qanın laxtalanma faktorları köçürülmüş hemofiliyalı xəstələr; -hemodializdə olan xroniki böyrək çatışmazlıqlı xəstələr; - B (B+D) hepatitli, İİV, zöhrəvi xəstəliklər, vərəmə yoluxmuş, həmçinin onkoloji xəstəliklərdən əziyyət çəkən şəxslər; - xroniki C hepatitli xəstələrin həyat yoldaşları və uşaqları; - cərrahi və invaziv tibbi müdaxiləyə məruz qalmış şəxslər; - xroniki qaraciyər xəstəliyinin biokimyəvi əlamətləri olan şəxslər, hətta klinik simptomlar olmadıqda belə; - inyeksion narkomanlar; - riskli seksual davranışa malik şəxslər; - tatuajlı və ya salonlarda tatuaj, manikür, pedikür etdirən şəxslər; - tibbi heyət, xilasetmə xidmətlərinin əməkdaşları, polislər və yanğınsöndürənlər – alətlərlə yaralanma/xəsarət alma, dəri və selikli qişanın qana bulaşması hallarında; - dəri örtüyü tez-tez zədələnən şəxslər; - endoskopik müayinə və müalicə metodlarından yararlanmış şəxslər; - transplantasiya edilmiş orqanların donor və resipiyentləri; - HCV infeksiyası daha çox yayılmış ölkələrdən gəlmiş immiqrantlar. Skrininq zamanı hepatit C virusuna qarşı anticisimlərin aşkara çıxarılması məqsədilə immunoferment analiz (İFA) metodundan istifade edilir



<< >>

  • Sun
  • Mon
  • Tue
  • Wed
  • Thu
  • Fri
  • Sat
  •  
  •  
  •  
  •  
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  •  

Create Account



???? ? ??????? ??????