QASTRİT HAQQINDA

Qastrit

Ümumi məlumatlar
Qastrit – mədənin selikli qişasının iltihabıdır.
Qastrit kəskin və xroniki olur. Kəskin qastrit, turşu və qələvilərlə zəhərlənmə nəticəsində, radiasiya zədələnməsindən sonra, yüksək miqdarda bəzi preparatlar, məsələn aspirin qəbul etdikdən sonra əmələ gəlir. Bu halda qarnın yuxarı hissəsində yandırıcı ağrı, ürək bulanması, qusma, baş gicəllənməsi və zəyiflik olur. Kəskin qastrit, təcili halda həkimə müraciət etməyi tələb edir, ağır hallarda isə xəstəxanaya yatırılmaq zəruridir. Müalicədən sonra kəskin qastrit xroniki formaya keçə bilər, lakin əksər hallarda xroniki qastrit sərbəst xəstəlik olur.

Qastritin səbəbləri

Xroniki qastritin əmələ gəlmə səbəbləri haqqında anlayış nisbətən yaxınlarda,Helicobacter pylori bakteriyasının aşkar edilməsindən sonra əmələ gəlib. Aydın olub ki, mədənin selikli qişasında məskunlaşan bu bakteriyalar, qastritin ən çox rast gələn formasını törədirlər – mədə şirəsinin yüksək miqdarlı qastriti.
Xroniki qastritin səbəblərinə aiddir:
˗ qidalanma rejiminin təkrar və uzunmüddətli pozulması;
˗ acılı və sərt yeməklərin qəbulu;
˗ qaynar yeməklərə meyllik;
˗ pis çeynəmə, quru yeməklər;
˗ tərkibinə spirtin miqdarı çox olan içkilərin qəbulu;
˗ mədənin selikli qişasını qıcıqlandıran dərman preparatlarının uzunmüddətli kontrolsuz qəbulu (salisilatlar, butadion, prednizolon, bəzi antibiotiklər, sulfanilamidlər və s.);
˗ peşəkar zərərlər (qurğuşun birləşmələri, kömür tozu, metal tozu və s.);
˗ böyrək xəstəlikləri, podaqra zamanı endogen intoksikasiyalar (bu zaman mədənin selikli qişasında sidik cövhəri, sidik turşusu, indol, skatol ifraz olunur);
˗ irsi meyllik.
Qastritin simptomları
˗ qarnın yuxarı hissəsində inildəyən və ya kəskin ağrı, hansı ki, qida qəbulu zamanı kəskinləşir və ya yox olur;
˗ ürək bulanması;
˗ qusma;
˗ iştahasızlıq;
˗ gəyirmə;
˗ meteorizm (köp);
˗ yeməkdən sonra qarnın yuxarı hissəsində ağırlıq hissi;
˗ arıqlama.
Xroniki qastrit tədricən inkişaf edir və tez-tez residivləşir.

Ağırlaşmalar
Vaxtında və hərtərəfli müalicə olmadan qastrit mədə xorasına çevirilə bilər və mədə qanaxması törədə bilər. Xroniki qastritin bəzi formaları mədə xərçənginin əmələ gəlmə təhlükəsini artırırlar.

Siz, qastrit zamanı nə edə bilərsiniz?
Qeyd etmək istəyirik ki, qastrit diaqnozunu yalnız həkim qoyaraq forma və ağılrığından asılı olaraq düzgün terapiya təyin edə bilər.
Xroniki qastritin müalicəsində pasiyentin özünün böyük rolu var. Çunki bu xəstəliyin terapiyası uzun müddət pəhriz saxlamağı və təyin olunmuş preparatların müntəzəm qəbulunu tələb edir.
Mədənin turşluq dərəcəsindən asılı olaraq pəhriz fərqli olur.
Əgər bu, ən geniş yayılmış yüksək turşluqlu formadırsa, o zaman Siz gündə 4-5 dəfə müəyyən vaxtlarda qidalanmalısınız və qida rasionunuzdan, turşu ifrazatını artıran məhsulları çıxarmalısınız. Bu məhsullar içində, məsələn, yağlı ət, balıq yeməkləri və göbələk bulyonları olur. Onları yağsız və ya südlü şorbalarla əvəz edin ki, artıq qalan turşu neytrallaşsın. Alkoqol, tünd qəhvə və tünd çay həmçinin turşu və qida fermentlərinin ifrazını artırır. Şirin meyvə şirələri isə, həmçinin qazsız bikarbonatlı mineral sular, kakao, müxtəlif kisellər xəstəliyin simptomlarını çox yaxşı “söndürürlər”. Bundan başqa Siz, mədənin selikli qişasını qıcıqlandıran məhsullardan imtina etməli olacaqsınız – bütün acılı, hisə verilmiş, marinad və turşuya qoyulmuş, qızardılmış məhsullardan.

Aşağı turşluqlu xroniki qastrit zamanı rasiondan həmçinin acılı, hisə verilmiş və ədviyyatlı qidanı çıxarmaq lazımdır, çünki onlar, bizim bildiyimiz kimi nəyinki turşluğu artırır, həmçinin mədənin selikli qişasını qıcıqlandırır. Ətli və balıq bulyonları isə turşu əmələ gəlməsini stimulyasiya etdiyi üçün daha çox qəbul edilməlidir. Rasiondan, mədədə uzun müddət həzm olunan məhsul və yeməkləri çıxarmaq lazımdır. Bura aiddir: yağlı və şirnili xəmirdən bişirilmiş istənilən məhsulları, fəsəli, blinlər, qızardılmış piroqlar, düyü və çovdar çörəyi.
Xəstəlik kəskinləşdikdə, həkim pəhrizinizi dəyişə bilər.

Həkim nə edə bilər?
Xroniki qastritin simptomları yetərincə spesifik deyil. Buna görə bu xəstəliyin diaqnostika və müalicəsini mütəxəssis həkim-qastroenteroloq aparmalıdır. Diaqnozun dəqiqləşdirilməsi və xroniki qastritin formasının müəyyən edilməsi üçün əlavə müayinələr aparırlar:
˗ ultrasəs müayinə;
˗ ezofaqoqastroduodenoskopiya – həzm traktının yuxarı hissələrinin qastroskopla vizual baxışı – təsviri monitora köçürən optodalğalı borucuqla müayinə;
˗ mədənin selikli qişasının biopsiyası;
˗ mədə sekresiyasının araşdırılması – mədə şirəsinin aşağı sekresiyalı qastriti, yüksək sekresiyalıdan fərqləndirirlər.
Bundan başqa Sizə, anemiyanı aşkar etmək üçün, Helicobacter Pylori-yə qarşı anticisimlərin mövcudluğuna qanın analizini, nəcisin gizli qana analizini, qarın boşluğunun rentgen müayinəsini təyin edə bilərlər və s.
Xroniki qastritin müalicəsi dörd əsas komponentdən ibarətdir:
˗ pəhriz saxlamaq;
˗ mədə şirəsinin turşluğunu normallaşdıran dərman preparatlarının təyini;
˗ mədənin selikli qişasını bərpa edən preparatların təyini;
˗ antibakterial terapiya (əgər Helicobacter Pylori yoluxması təsdiq olunubsa)



<< >>

  • Sun
  • Mon
  • Tue
  • Wed
  • Thu
  • Fri
  • Sat
  •  
  •  
  •  
  •  
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  •  

Create Account



???? ? ??????? ??????