HEPATİTLƏR HAQQINDA

Hepatit - qaraciyərin diffuz və ocaqlı zədələnmələri ilə davam edən patologiyasıdır. Hepatitlər yaranma səbəbinə görə müxtəlifdir. Bunlara viruslar tərəfindən törədilən - virus hepatitləri, dərman preparatlarının təsiri nəticəsində yaranan - kəskin toksik hepatitlər, mexaniki təsirlərdən irəli gələn - mexaniki hepatitlər və s. aiddir. Kəskin hepatitlər - şüalanma nəticəsində, bədənin müxtəlif dərəcədə yanıqları, hamiləlik toksikozları, alkoqolizm nəticəsində yarana bilər. Toksik hepatitlər - müxtəlif kimyəvi birləşmələrin qaraciyər toxumasına birbaşa təsirilə əlaqədar olaraq meydana çıxan və onun funksiyasını zədələyən prosesdir.Virus hepatitləri (hepatitis viralis) - hepatotrop viruslar tərəfindən törədilən antroponoz infeksiyalardan olub, kəskin və xroniki gedişə malikdir və qaraciyərin morfo-funksional, üzvi, destruktiv dəyişikliklərini özündə cəmləşdirir.


Hepatit A - enteroviruslar tərəfindən törədilir. Fekal-oral yolla yoluxur. Yoluxmadan 7-10 gün sonra İgM yaranır və 6 ay müddətində təyin oluna bilər. HAV-da İqG rekonvalessensiya dövründə yaranır və erkən diaqnostika kriterilərindən sayıla bilməz. Bu markerin aşkarlanması nə vaxtsa keçirilmiş infeksiya haqqda xəbər verir.


Hepatit B - törədicisi hepadnaviridae viruslarıdır. Antropanoz infeksiyadır. Aşağıdakı infeksion markerləri təyin olunur:


HBsAg - əsas markerlərdən olub, infeksiyalaşmanı göstərir.

HBcAg - virusun aktiv reproduksiyasını göstərir.

HBeAg - virusun aktivliyini, yüksək virulentliyini və infeksiyalaşdırma dərəcəsini göstərir.

DNT HBV - virusun genom göstəricisidir və s.

Hepatit C - flavioviruslara oxşar törədicilərə malikdir, RNT genomludur. HCV-nin diaqnostikası summar antitellərin aşkarlanmasına əsaslanır. HCV xroniki qaraciyər xəstəliklərinin, sirrozun və hepatosellülyar karsinomaların yaranmasına səbəb olur. Digər laborator metodlarla yanaşı referens metod kimi HCV - nin diaqnostikasında immunoblot metod tətbiq olunur. Metodun üstünlüyü daha həssas olmasındadır.


Hepatit D - deltaviruslar tərəfindən törədilir, yalnız HBsAg pozitiv olan insanlarda aşkarlanır. HBV və HDV birlikdə müşahidə olunarsa daha ağır klinika inkişaf edir.


Hepatit G - postransfuzion hepatitlərdəndir. Monoinfeksiya şəklində az rast gəlinir. HAV, HBV infeksiyaları ilə birgə aşkarlandıqda daha kəskin klinika müşahidə olunur.

 
 



<< >>

  • Sun
  • Mon
  • Tue
  • Wed
  • Thu
  • Fri
  • Sat
  •  
  •  
  •  
  •  
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  •  

Create Account



???? ? ??????? ??????