Spirtli içkilər qəbul etməyən insanlarda Qaraciyər  sirrozunun səbəbi nə ola bilər?

Spirtli içkilər qəbul etməyən insanlarda Qaraciyər  sirrozunun səbəbi nə ola bilər?

    El arasında qaraciyər sirrozunun yalnız içki içən insanlarda yarana bilməsi haqqında fikirlər vardır. Lakin həqiqətdə bu belə deyildir. Çünki, spirtli içki qəbul etməyən insanlarda da bu kimi təhlükəli xəstəliklər yarana bilər.

Bəs hansı səbəblərdən Sirroz yarana bilər və bundan özümüzü necə qorumalıyıq?

 Qaraciyər insan orqanizmindəki zəhərli maddələri qandan təmizləyən əsas orqanlardan biridir.   Qaraciyər sirrozunun  simptomları ; ilk əvvəl sağ qabırğaaltı nahiyyədə ağrılar, qarında köp, dərinin sarı rəngə boyanması, sidiyin rənginin tündləşməsi, ümumi halsızlıq, qida qəbulundan sonra ağırlıq hissi və s qeyd etmək olar. 

Sirrozun Səbəbləri :

1. Hepatitlər - müxtəlif növləri ola bilər.  
2. Venoz durğunluq - qaraciyərdə qan axınının pozulması. Bu mexaniki yollarla və ya hormonal pozğunluqlar zamanı yarana bilər
3. Zəhərlər - məişətdə istifadə edə biləcəyimiz maddələr
4. Yağlar - həddən artıq yağlı qidaların qəbulu qaraciyərin zədələnməsinə gətirib çıxarır
5.  Dərman maddələri - həkim nəzarəti və təyinatı olmadan qəbul edilən bir sıra dərman maddələri qaraciyərə toksik təsir göstərir.
6. Öd yollarında daşlar sirrozun yaranmasına şərait yarada bilər.

Önəmli olan əsas səbəbi aradan qaldırmaq , xəstəliyin ilərləməməsi üçün risk faktorlarından uzaqlaşmaqdır. Qaraciyər özünü yeniləyə bilən bir orqandır, bu üzdən nə qədər erkən səbəblər araşdırılsa , o qədər yaxşı nəticələr əldə etmək olar.

 



<< >>

  • Sun
  • Mon
  • Tue
  • Wed
  • Thu
  • Fri
  • Sat
  •  
  •  
  •  
  •  
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  •  

Create Account



???? ? ??????? ??????