HİATAL HERNİ  
 

Hiatusun yəni ezofaqusun diafraqma dəliyinin yırtığı radioloqlar və qastroenteroloqlar tərəfindən tez-tez müxtəlif diaqnostik və terapevtik müayinələr zamanı müşaidə edilir.
Qarın boşluğu orqanlarının bir sıra xroniki xəstəlikləri-xroniki xolesistit, mədə-12 barmaq bağırsaq xoraları, xroniki kolit, xroniki qastirit, xroniki pankreatit və s. xəstəliklər isə traksion mexanizm əsasında patologiyaya səbəb olur. QB-nın uzununa əzələləri yığılır, nəticədə bu QB –nun qısalmasına və mədənin bir hissəsinin dartılaraq döş boşluğuna gətirilməsinə səbəb olur .Bu hal tez-tez davam etdikcə diafraqma –qida borusu dəliyi genişlənir və yırtığın əmələ gəlməsinə səbəb olur.
Diafraqma yırtığı olan xəstələrin əksəriyyəti ya asimptomatik, ya da təqdim etdikləri simptomlar adətən qeyri-müəyyən və qeyri-spesifik olur. Əksər hallarda xəstələr epiqastrik və ya döş sümüyü arxası ağrı, qida qəbulundan sonra qarının dolu olması hissi, ürəkbulanma və qusmaya cəhdlərin olmasından şikayətlənir. Döş qəfəsinin ayaq üstə çəkilən rentgen filmi diaqnozun qoyulmasına yardım edə bilər.
Xəstəliyin əmələ gəlməsində 3 faktorun olduğu qeyd edilir:
* qida borusunu diafraqma dəliyinə bərkidən birləşdirici toxumanın strukturunun zəifliyi
* qarın daxili təzyiqin yüksəlməsi
* qida borusunun həzm traktı diskineziyalarında və qida borusu xəstəliklərində yuxarıya dartması

Yırtığın 3 variantı ayırd edilir:
 
1 Sürüşən yırtıq
2 Paraezofageal yırtıq
3 Yırtığın qarışıq variantı

 
Qida borusu dəliyinin yırtığı aşağıdakı fəsadları törədə bilir:
* morfoloji xarakteristika - kataral,eroziv,xoralı
* qida borusunun peptik xorası
* qida borusunun iltihabı
* çapıq stenozlaşma və ya qısalma
* qida borusu və ya mədənin kəskin və xroniki qanaxması
* mədənin selikli qişasının retroqrad olaraq qida borusuna prolapsı
* qida borusunun yırtıq səviyyəyə ingavinasiyası
* qida borusunun perforasiyası
* reflektor stenokardiya
* yırtığın boğulması

 
Xəstəlik 80% hallarda konservativ, 20% hallarda isə cərrahi yolla müalicə olunur .
Xəstəliyin proqnozu müsbətdir (+)
 



<< >>

  • Sun
  • Mon
  • Tue
  • Wed
  • Thu
  • Fri
  • Sat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  •  
  •  
  •  
  •  
  •  

Create Account



???? ? ??????? ??????