QICIQLANMIŞ BAĞIRSAQ SİNDROMU

 Yoğun bağırsağın 3 aydan çox çəkən funksional(yəni üzvi dəyişilkliksiz) pozğunluğudur. Xəstəlik 30-40 yaşlar arasında, daha çox qadınlarda rast gəlinir. Əhali arasında bu patologiya 14-45 % təsadüf olunur. BQS zamanı qarında ağrı ilə eyni vaxtda qəbzlik və ya ishal müşahidə oluna bilər. Həkimlər bu şikayətlərə çox tez -tez rast gəlir. Çox zaman xəstələr həkimə müraciət etmirlər. Yalnız daha həssas və şikayətləri kəskin olan xəstələr həkimə müraciət edirlər.
 
Səbəbləri
  • Sinir-psixi amillər
  • Yemək rejiminin pozulması
  • Az hərəkətli həyat tərzi
  • Rasionunda lazımi qədər ballast maddələrin, bitki mənşəli hüceyrə və liflərin olmaması
  • Endokrin pozğunluqlar
  • Keçirilmiş kəskin bağırsaq xəstəlikləri və disbakterioz

    Əlamətləri
  • Qarın nahiyəsində ağrı və ya diskomfort
  • Defekasiya aktından sonra ağrının azalması və ya tamamilə keçməsi
  • Gündə üç dəfədən çox olmaq şərtilə qarın işləməsi və ya həftədə üç dəfədən az olaraq qəbzlik mövcud olur
  • Köp və nəcislə seliyin xaric olması
Amma bu xəstəlikdə obyektiv müayinədə, instrumental və laborator tədqiqatlar zamanı patoloji dəyişikliklər tapılmır. Xəstəlik getdikcə ağırlaşmır. Demək olar ki, mədə-bağırsaq sistemində üzvi dəyişiklik olmur.
 
Müalicə:
 
Bağırsağın qıcıqlanması sindromunun müalicəsi pəhrizdən, dərman müalicəsindən, sanatoriya kurort müalicəsindən ibarətdir. Xəstələrə, ümumiyyətlə, yağlı yeməklər, sitrus meyvələri, soğan, sarımsaq, turp, çuğundur verilməsi məhdudlaşdırılır. Xəstəliyin qəbzliklə müşayiət olunan variantında sıyıqlar, bitki yağları, yerkökü, çuğundur, ət bulyonunda hazırlanmış tərəvəz supları, kefir, qaymaq, turş süd verilir. İshalla müşayiət olunan hallarda cır mərsin, qaragilə, mərcanı, tünd çay qəbul olunması məsləhət görülür. Ağrı və köplə müşayiət olunan hallarda rasionda paxlalı qidalar, kələm, göbələk, süd, ədviyyat məhdudlaşdırılır.
 
BQS-nun qarın ağrıları, bağırsağın spastik halı, köplə müşayiət olunan hallarında ağrıkəsici və spazmolitiklərdən istifadə olunur. Eyni zamanda qəbzlik zamanı mədə bağırsaq sisteminin motorikasını artıran, ishal zamanı motorikanı zəiflədən preparatlardan istifadə olunur. Həmçinin sakitləşdiricilər təyin oluna bilər. Xəstələrin reabilitasiyası sanatoriya - kurort müalicəsi vasitəsilə aparılır.



<< >>

  • Sun
  • Mon
  • Tue
  • Wed
  • Thu
  • Fri
  • Sat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  •  
  •  
  •  
  •  
  •  

Create Account



???? ? ??????? ??????