Azərbaycanda Xərçəng xəstəliyi üzrə statistik məlumat

  •  Xərçəng xəstəliyinin erkən diaqnostikası xəstələrin sağ qalmasına ciddi təsir göstərir və daha müsbət klinik nəticələr əldə etməyə töhvə verir. Ən çox yayılmış xərçəng xəstəliklərinin, o cümlədən də, yoğun bağırsaq, süd vəzi, prostat vəzi və uşaqlıq boyunu xərçənginin skrininqi üzrə təlimatlar mövcuddur.
  • "2013-cü ilin rəsmi statistikasına görə, (Azərbaycanda) 34 min 681 nəfər onkoloji xəstə qeydiyyatada olub. Ümumilikdə, il ərzində birincili 9 min 64 nəfər onkoloji xəstəliklərlə qeydiyyata götürülüb. 2013-cü ilin son statistik məlumatına görə, onkoloji xəstəlikdən ölüm göstəricisi 5 min 827 nəfər olub.
  • Daha irəliləmiş görüntüləmə metodları və biomarkerlərin tətbiqi sayəsində xərçəng xəstəliyinin erkən diaqnostikası və ya erkən və müalicəsi daha səmərəli nəticə verən mərhələlərdə müəyyən edilməsi son illərdə daha əlverişli olmuşdur. Lakin, bir çox ölkələrdə, o cümlədən, Azərbaycanda, əhalinin böyük bir qismi dispanserizasiya tədbirlərinə qatılmır və ya onların skrininqi ardıcıl aparılmır. Məsələn, Azərbaycanın iri şəhərlərinin birində aparılmış kiçik sorğu göstərmişdir ki, rəyi soruşulan yaşı 50-dən yuxarı olan şəhər sakinlərinin cəmi <2% son 5 il ərzində kolorektal xərçəng xəstəliyinə skrininq çərçivəsində kolonoskopiya və ya ya digər endoskopik prosedur keçirib. Nəcisdə gizli qanın təyini testi isə rəyi soruşulanların cəmi 5%-də aparılmışdır. Ümumiləşdirərək, qeyd edilməlidir ki, Azərbaycanda yaşı 50-dən yuxarı olan şəxslərin kolonoskopiya olunması və ya nəcisdə gizli qanın təyini testindən keçməsi çox aşağı səviyyədədir. Bununla yanaşı, iri şirkətlərdə işləyən və sığortası olan xəstələrlə müqayisədə sığortası olmayan şəxslərin həmin testlərdən keçməsi ehtimalı isə daha azdır.
  •  Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən qlobal səviyyədə son bir neçə il ərzində kişi və qadınlar arasında ən geniş yayılmış xərçəng xəstəlikləri aşağıda verilir:

 Kişilər arasında ən çox yayılmış xərçəng xəstəlikləri.
  • Prostat vəzi xərçəngi
  • Ağciyər xərçəngi
  • Kolorektal xərçəng
 
 Kişilər arasında ən çox ölümlə nəticələnən xərçəng xəstəlikləri.
  • Ağciyər xərçəngi
  • Prostat vəzi xərçəngi
  • Kolorektal xərçəng
  • Qaraciyər xərçəngi
 
Qadınlar arasında ən çox yayılmış xərçəng xəstəlikləri.
  • Süd vəzi xərçəngi
  • Ağciyər xərçəngi
  • Kolorektal xərçəng
 
 Qadınlar arasında ən çox ölümlə nəticələnən xərçəng xəstəlikləri.
  • Ağciyər xərçəngi
  • Süd vəzi xərçəngi
  • Kolorektal xərçəng
 
Azərbaycanda isə ən çox yayılmış xərçəng növləri aşağıdakılardır (2012):
  • Ağciyər xərçəngi: yeni qeydə alınmış xəstələrin sayı 1027 nəfər.
  • Mədə xərçəngi: yeni qeydə alınmış xəstələrin sayı 1010 nəfər.
  • Kolorektal xərçəng: yeni qeydə alınmış xəstələrin sayı 395 nəfər.
  • Süd vəzi xərçəngi: yeni qeydə alınmış xəstələrin sayı 1460 nəfər.



<< >>

  • Sun
  • Mon
  • Tue
  • Wed
  • Thu
  • Fri
  • Sat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  •  
  •  
  •  
  •  
  •  

Create Account



???? ? ??????? ??????