KƏSKİN XOLANGİT

Kəskin xolangit qızdırma, sarılıq və abdominal ağrı ilə xarakterizə oluna kliniki sindromdur və öd yollarında yaranmış staz (durğunluq) və infeksiya nəticəsində inkişaf edir. Kəskin xolangit həm də qalxan xolangit də adlandırılır. Xolangit ilk dəfə Şarkot tərəfindən ciddi və həyata təhlükə törədən xəstəlik kimi təsvir edilib. Lakin, müasir dövrdə kəskin xolangitin ağırlıq dərəcəsinin müxtəlif olduğu məlumdur.

PATOGENEZ.

Kəskin xolangit öd yollarının obstruksiyası olan xəstələrdə əsasən bakteriya infeksiya səbəbindən yaranır. Kəskin xolangitə səbəb olan bakteriyalar adətən duodenumdan (12-barmaq bağırsaqdan) qalxır. Portal venadan bakteriyaların hematogen yolla yayılması çox nadir hallarda kəskin xolangitin səbəbi olur. Kəskin xolangitin inkişafına təsir edən mühüm risk faktorlara öd yollarının obstruksiyası və durğunluq (staz) daxildir. Kəskin xolangiti olan xəstələrin (biliar stenti olmayanlar) əksəriyyətində öd yollarının obstruksiyasına səbəb öd daşları (28-70%), xoşxassəli stenoz (5-28%) və bədxassəli törəmə (10-57%) olur. Bununla yanaşı, bədxassəli törəmə nəticəsində öd axarlarının obstruksiyası hallarında öd yollarına stentin qoyulması zamanı baş verən ağrılaşmalardan biri məhz kəskin xolangitdir.

Bakteriyaların öd yollarına daxil olmasının mexanizmləri.

Normal qoruyucu və ya maneə yaradıcı mexanizmlər pozulduqda bakteriyalar öd yollarına çıxış əldə edə bilir. Bunun nəticəsində bakteriyalar öd yollarına duodenumdan və ya portal sistemdən translokasiya edə bilir. Öd yollarında bakteriyaların girişinə maneə törədən mexanizmlər aşağıdakılardır:

Oddi sfinkteri: normada bu sfinkter duodenal reflyuksa və qalxan bakteriyal infeksiyaya qarşı effektiv mexaniki maneə yaradır.
Davamlı olaraq ödün ifrazı öd yollarının "daim yuyulmasını" təmin edir.
Öd duzlarının bakteriostatik aktivliyi də ödün sterilliyini təmin etməyə yardım edir.
Sekretor İgA və öd yollarının selikli gişası da, guman ki, bakteriyal kolonizasiyanın baş verməsindən qoruyur.Öd yollarının obstruksiyası isə daxili təzyiqi qaldırır və öd axacaqlarının keçiriciliyini artırır. Bu isə portal qan dövranından bakteriya və toksinlərin öd yollarına translokasiyasına şərait yaradır. Öd yolları daxilində təzyiqin artması həm də bakteriyaların öddən sistem qan dövranına miqrasiyasına imkan yaradır və septisemiya riskini artırır. Bundan əlavə, öd axarları daxilində təzyiqin artması həm də orqanizmin aşağıda verilmiş bir sıra immun müdafiə mexanizmlərinə pis təsir göstərir:Kupfer hüceyrələrinin funksiyasına,Ödün axmasına, İgA ifrazınaYuxarı təsvir edilmiş qoruyucu və ya mexaniki maneə mexanizmlərinin fəaliyyəti pozulduqda, duodenumdan qalxan bakteriyalar yüksək konsentrasiyada öd yolları sisteminə daxil olur. Bu cür hallar, məsələn, endoskopik sfinkterotomiya, ümumi öd axarının cərrahiyyəsində və ya öd yollarına stentin qoyulması prosedurları zamanı baş verə bilir. Kəskin xolangit halları da çox vaxt endoskopik və ya perkutan manipulyasiyalardan sonra baş verir və əsasən ödün hissəvi drenajı səbəbindən və ya öd axarı daxilinə qoyulmuş stentin tıxanması nəticəsində baş verir.
Lakin, bakteriyalar həm də az miqdarda Oddi sfinkterindən spontan olaraq keçə bilər. Öd yollarında yad cismin, məs., öd daşı və ya stentin, olması bakteriyaların kolonizasiyası üçün münbit şərait yaradır. Obstruksiyası olmayan xəstələrdən əldə edilmiş öd steril və ya sterilliyə yaxın olur. Bununla müqayisədə, öd daşları olan xəstələrin 70%-də isə ödün tərkibində bakteriyalar müəyyən edilir. Ümumi öd axarında daşı olan xəstələrdən götürülmüş ödün bakterioloji əkilməsi pozitiv nəticələr verir. Lakin, öd kisəsi daşı və ya öd kisəsi axarının daşı olan xəstələrdə isə bakterioloji əkmələr çox az hallarda pozitiv olur.
Bakteriyalar həm də öd daşlarından da əkilə bilər. Araşdırmaların birindən məlum olmuşdur ki, qəhvəyi piqment daşlarının əkilməsi 80% hallarda pozitiv nəticələr verir. Həmin əkmələrdə müəyyən edilmiş bakteriyalar kəskin xolangit hallarında müəyyən edilən bakteriyalarla eynidir - enterokokklar, E.coli, Klebsiella növləri.

Bakteriologiya.

Kəskin xolangiti olan xəstələrdə ödün, öd axarı daşlarının və tıxanmış öd axarı stentindən əldə edilmiş bakterioloji əkmələr 90%-dan çox hallarda müsbət nəticələr verir. Bu əkmələrdə əsasən qram neqativ və qram pozitiv bakteriyalar müəyyən edilir. Daha çox hallarda yoğun bağırsaq mənşəli bakteriyalar müəyyən edilir:E.coli ən çox müşahidə edilən qram neqativ bakteriyadır. İkinci yerdə isə Klebsiella və Enterobacter növləri dayanır.
Ən ço müəyyən edilən qram pozitiv bakteriya isə Enterokokkus növlərinə məxsusdur.
Anaeroblar, məs., Bakteroides və Clostridia, adətən qarışıq infeksiyanın bir hissəsi kimi çıxış edir. Onlar nadir hallarda tək başına infeksiyaya səbəb olur və kəskin xolangitin inkişafında oynadıqları rol dəqiq məlum deyildir.

KLİNİKİ XÜSUSİYYƏTLƏR.

Kəskin xolangitin klinikası əsasən qızdırma, abdominal ağrı və sarılıqdan (Şarko üçlüyü) ibarətdir. Lakin, hər üç simptom xəstələrin 50-75%-də müəyyən edilir. Keyləşmə və hipotenziya irinli xolangiti olanlarda müşahidə edilə bilər və Reynolds pentadası adlanır (Şarko üçlüyü + hipotenziya və keyləşmə). Reynolds pentadası müşahidə edilən xəstələrdə xəstələnmə və mortalite yüksək olur. Septik çox inkişaf etdikdə isə hədəf orqanların çatışmazlığı və ya poliorqan çatışmazlıq əlamətləri müəyyən edilə bilər. Ahıl xəstələrdə və ya qlyukokortikoidlər qəbul edən xəstələrdə kəskin xolangitin yeganə ilkin kliniki simptomu hipotenziya ola bilər.
Simptomlar və fiziki müayinədə tapıntılar.
Kəskin xolangit hallarında ən geniş müşahidə edilən simptomlar qızdırma və qarın ağrısıdır ki, bunlarda xəstələrin 80%-də müəyyən edilir. Sarılıq isə daha az hallarda inkişaf edir və xəstələrin 60-70%-də müəyyən olunur. Ağır dərəcəli (irinli) xolangiti olan xəstələrdə qızdırma, qarın ağrısı, sarılıq, hipotenziya və huşun pozulması (Reynolds pentadası) simptomları müəyyən edilə bilər.
 



<< >>

  • Sun
  • Mon
  • Tue
  • Wed
  • Thu
  • Fri
  • Sat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  •  
  •  
  •  
  •  
  •  

Create Account



???? ? ??????? ??????