KOLONOSKOPİYA NƏDİR VƏ NƏ ÜÇÜN İSTİFADƏ OLUNUR.

KOLONOSKOPİYA NƏDİR VƏ NƏ ÜÇÜN İSTİFADƏ OLUNUR ?

Kolonoskopiya qalın bağırsaq və rektumda (düz bağırsaqda) yaranan patologiyaları aşkar etmək üçün istifadə olunan görüntüləmə metodunun adıdır. 
Qarınağrısı, düz bağırsaq qanaxması, xronik qəbizlik, xronik ishal , yoğun bağırsaq xərçənginin vaxtında aşkarlanması və digər bağırsaqla bağlı problemlərin səbəbini araşdırmaq üçün önəmli bir müayinədir.
Həkiminiz kolonoskopiya olunmadan bir gün öncə sizə özəl bir diet və bağırsaq işlədici dərman verəcəkdir. Bunlara əməl edərək bağırsaqlarınız təmizlənəcək və müayinə üçün hazır olacaqsınız. Əgər bağırsaq təmizliyi yetərsiz olarsa , müayinə zamanı hansısa bir patoloji törəmələrin görüntülənməsi də çətin olacaqdır. Ona görə də həkimin sizə verdiyi təyinata yaxşıca əməl etməlisiz. 
Müayinədən öncə qansulandırıcı dərman (aspirin kimi) istifadə edirsizsə, onu kəsməlisiniz. Əks halda müayinə zamanı polip aşkarlanarsa, onun çıxarılması zamanı qanaxma riski yüksək olacaqdır. 
Müayinə günü sizə damardan sakitləşdirici və ya yüngül sedasyon, yuxu dərmanı uyğulanacaqdır. Bununla müayinə zamanı heç bir ağrı hissiniz olmayacaqdır. Ucunda video görüntüsü olan, sağa sola hərəkət etdirilə bilən bir endoskopla düz bağırsaqdan daxil olunaraq bütün yoğun bağırsaqın hər bir hissəsi incələnəcəkdir.
Vəziyyətdən asılı olaraq kolonoskopiya işləmi 15 dəqiqədən 1 saata qədər zaman çəkir.
İşləm bitdikdən sonra xəstə dərhal oyadılır və əvvəlki vəzyyətinə dönərək bir neçə saat ərzində öz işinin başına dönə bilər.



<< >>

  • Sun
  • Mon
  • Tue
  • Wed
  • Thu
  • Fri
  • Sat
  •  
  •  
  •  
  •  
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  •  

Create Account



???? ? ??????? ??????